BolgeXeber.Com » Bakı-Sumqayıt qatarında gediş-gəliş hələlik pulsuz olacaq

Bakı-Sumqayıt qatarında gediş-gəliş hələlik pulsuz olacaq

12-09-2015, 18:34
Oxunub: 4 134 Bakı-Sumqayıt qatarında gediş-gəliş hələlik pulsuz olacaq“Tarif Şurasının qərarı açıqlanana qədər Bakı-Sumqayıt qatarı ilə hər iki istiqamətdə gediş-gəliş pulsuz olacaq”

Bunu virtualaz.org saytına açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC informasiya və kommunikasiya texnologiyaları şöbəsinin müdiri Samir Qənili deyib.

S.Qənilinin sözlərinə görə, ona qədər qatar gün ərzində iki dəfə gedəcək. Səhər 08:00-da, bir də 20:00-da Bakıdan, səhər 08:30-da və 21:00-da Sumqayıtdan yola çıxacaq. Tarif Şurası qərar verəndən sonra isə qatarların intervalı 30 dəqiqə olacaq.

Qeyd edək ki, bu gün Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimi keçirilib. Mərasimdə prezident İlham Əliyev də iştirak edib. Elə bu gün ilk qatar Bakıdan Sumqayıta yola düşüb.Yüksək komfortu ilə seçilən qatarda Wi-Fi da var.

Bakı stansiyasında layihə üzrə burada 55 turniket, 10 bilet satışı köşkü quraşdırılıb. Hazırda “BakuBus” avtobusları və metropolitendə istifadə olunan vahid ödəmə kartı - “BakıKart”dan burada istifadə, ödəmə terminalları və mobil telefonla biletlərin alışı mümkün olacaq.

“Bakı Dəmiryol Vağzalında quraşdırılan turniketlərin sayı 22, Biləcəridə 15, Sumqayıtda 15 ədəd təşkil edir” – deyə S.Qənili bildirib.

"Biznes sinfə" daxil olan qatarların oturacaqları daha genişdir, burada sərnişinlər kofe və çay xidməti ilə təmin olunacaqlar. Həmçinin "Biznes sinfin" sərnişinləri ancaq biletlərində göstərilən yerlərdə əyləşəcəklər. Adi qatarlarda isə sərnişinlər arzu etdikləri yerlərdə əyləşə bilərlər.

Bu marşrut xətti üzrə sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçün “Stadler Rail Group” şirkətinin sürətli elektrik qatarları istismara verilib. Dörd vaqondan ibarət olan elektrik qatarlarının hər birinin ümumi sərnişin tutumu 919 nəfər, oturacaq yerlərinin sayı isə 396-dır. İkimərtəbəli elektrik qatarlarında biznes-sinfə aid 84 oturacaq da var.

Sumqayıtdan Bakıya və əks istiqamətə qatarların hərəkəti müxtəlif intervallarla həyata keçiriləcək. Sərnişinlərin sayından asılı olaraq hərəkət cədvəlinə əlavələr edilə bilər. Bakı-Sumqayıt şəhərətrafı yüksək sürət və rahatlıqla sərnişindaşımanı təmin etmək məqsədilə genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işlərinə start verilib. Sahə üzrə yeraltı piyada keçidi, hündür platformalar, müasir keçid postları inşa edilib, dəmir yollarının əsaslı təmirinə başlanılıb. İndiyədək 60 kilometr yol əsaslı təmir olunub.

Qeyd edək ki, Bakı-Sumqayıt-Bakı sərnişin dəmir yolunda ümumilikdə 8 qatar hərəkət edəcək. Onların 3-ü "Stadler Rail" şirkətinə məxsusdur, qalan 5-i isə Riqadan gətirilən qatarlardır.
Bolgexeber.com
Bakı-Sumqayıt qatarında gediş-gəliş hələlik pulsuz olacaq
Bakı-Sumqayıt qatarında gediş-gəliş hələlik pulsuz olacaq
Bakı-Sumqayıt qatarında gediş-gəliş hələlik pulsuz olacaq
Bakı-Sumqayıt qatarında gediş-gəliş hələlik pulsuz olacaq
Bakı-Sumqayıt qatarında gediş-gəliş hələlik pulsuz olacaq
Bakı-Sumqayıt qatarında gediş-gəliş hələlik pulsuz olacaq
Bakı-Sumqayıt qatarında gediş-gəliş hələlik pulsuz olacaq
Bakı-Sumqayıt qatarında gediş-gəliş hələlik pulsuz olacaq