BolgeXeber.Com » Devalvasiya zamanı bu yeməklər olmaz - Siyahı

Devalvasiya zamanı bu yeməklər olmaz - Siyahı

25-12-2015, 17:42
Oxunub: 4 265 Devalvasiya zamanı bu yeməklər olmaz - SiyahıDekabrın 21-də Mərkəzi Bank son bir ildə ikinci dəfə devalvasiya qərarı qəbul etdi. Mərkəzi Bankın qərarına əsasən 1 ABŞ dolları 1.55, 1 avro isə 1.68 manata qaldırıldı

Manatı da "üzməyə" buraxıblar. Amma "brass"la, yoxsa "batterfla" üslubu ilə üzəcəyi barədə isə heç kim bir söz demir.

Qaynar.info redaksiyası olaraq, nəzərə aldıq ki, bu çətin günlərdə, insanlarımızı maarifləndirmək yolundan geri çəkilməyək.

Çox uzağa getməyək başlayaq gündəlik yeməyimizdən. Nəzərə alaq ki, biz də yeməklə bağlı məşhur məsəllər də var. Məsələn, "Qarın qardaşdan irəlidir" və s.

Bizim yeməyə bağlılığımız buradan açıq-aydın görünür.

Amma indi vəziyyət dəyişib. Gərək hər birimiz bu çətin anlarda, Milli Bankın, onun rəhbəri Elmar Rüstəmovun, Amerikaya saknsiya qoymağa çalışan hörmətli deputatlarımızın yanında olaq. Qəpiyi-qəpiyin üstünə qoyub, dövlət büdcəmizə kömək olaq.

Bəs sual yaranır nə etməli, necə kömək olmalı?

Məsələn, yeməklərmizə fikir verməliyik. Götürək elə tez-tez yediyimiz xörəkləri. Xəngəl, aş, kabab, dolma, bozbaş, bozartma, çığırtma, düşbərə.

Elə başlayaq xəngəldən. Axı bu yeməyi biz niyə yeyirik? Xəngəl xəmir xörəyi olduğu üçün, mədədə də gec həzm olunur. Həmçinin buda azmış kimi onun üzərində ət və yağ olur. Bu qədər ağır yeməklərə insan orqanizmi dözərmi? Çətin...

Və ya xaş. Xaş adətən səhər tezdən yeyilir. Xaşı yeyənlər yaxşı bilirlər ki, ağır yeməkdir. Yedikdən sonra adam yuxulayır, istəyirsən yatasan. Bu da əlavə bir problem. Belə çətin günlərdə adam necə yatsın. Həmçinin deyirlər ki, xaşın yanında mütləq spirtli içki də olmalıdır. Bu da dəm cibimizə ziyandır, həm sağlamlığımıza. Odur ki, bunu da unudun getsin.

Aşı da bu sıraya qoşmaq olar. Yağlı olması azmış kimi, hələ üzərində bir xeylli başqa çərəzlər də olur. Bunlar da yağla təmasa girdiyindən insanda ürəkdamar probelməri yarada bilir. Həmçinin diabet xəstəliyinə səbəb ola bilər.

Götürək elə çığırtmanı. Tam yağda hazırlandığı üçün, təzyiqi qaldırır, baş ağrısı və halsızlıq əmələ gətirir.

Son olaraq isə mətbəximiz sevimli yeməyi olan, hətta yolunda müharibə edə biləcəyimiz dolmaya başlayaq. Yəqin bir çoxlarımız evdə dolmaya nələr vurulduğunu görmüşük. Ət, düyü, yağ, tamat, göy. İndi siz bir düşünün bu qədər bir-biri ilə yola getməyən ərzaqları birlikdə yedikdə mədəmiz hansı günə düşür? Niyə axı bu qədər özümüzə zülm edirik?

Biz bu siyahını çox uzada bilərdik, amma ehtiyac yoxdu. Sadəcə bəzilərini yazdıq ki, oxucular söhbətin nədən getdiyini anlasın.

Əlavə olaraq onu da təklif edirik ki, gündə 3 dəfə yeməyi də unudaq. Ən yaxşısı iki dəfədir. Bir sabah, bir də axşam. Və ya əksinə bir səhər, bir də günorta. Ümumiyyətlə, sağlam qalmaq üçün isə gündə bir dəfə də qidalanmaq lazımdır. Bu zaman gümrah, idmaçı görkəminiz olacaq.

Həm pulunuza qənatə edəcəksiniz, həm də dövlətimizin çətin günündə manatın üzməsinə kömək edəcəksiniz.