BolgeXeber.Com » Aydın Əliyev: 'Gürcüstandakı işbazlar Azərbaycana qanunsuz pampers keçirir'VİDEO

Aydın Əliyev: 'Gürcüstandakı işbazlar Azərbaycana qanunsuz pampers keçirir'VİDEO

20-01-2017, 14:05
Oxunub: 1 799 Aydın Əliyev: 'Gürcüstandakı işbazlar Azərbaycana qanunsuz pampers keçirir'VİDEOKomitə sədri yaranan sıxlığın səbəbini çəkilən video vasitəsilə jurnalistlərə göstərib

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycanla-Gürcüstan sərhədində yerləşən "Sınıq Körpü" keçid məntəqəsində növbələrin və problemlərin yaranmasına münasibət bildirib:” Azərbaycandan Gürcüstan istiqamətində gedənlərə nəzər salın. Görün Azərbaycandan Gürcüstana gedənlər arasında bir kibrit aparan var? Gürcüstanda isə müəyyən işbazlar var ki, Azərbaycana gələnlərə "Pampers", siqaret verirlər və deyirlər ki, sizdə bunlardan yoxdur. Mən hələ Gürcüstana ailəvi şəkildə alver məqsədi ilə gedənləri, gündə, ayda bir neçə dəfə sərhədi keçənləri demirəm. Təsəvvür edin, bu adamlar ailəvi şəkildə gündə bir neçə dəfə sərhədi keçirlər və oradan icazə verilən normativdən artıq mal və məhsul gətirirlər".
Komitə sədri yaranan sıxlığın səbəbini çəkilən video vasitəsilə jurnalistlərə göstərib. O bildirib ki sərhəd məntəqəsinə yaxın ərazidə yaşayan eyni insanlar həmişə eyni vaxtda gömrük məntəqəsindən keçməyə çalışırlar: "Mən maraqlanmışam, əsasən də cümə və şənbə günlərində 1 saat ərzində 2 000 nəfər sərhəd məntəqəsindən keçir. Bu da sıxlığa səbəb olur”.