Ağcəbədinin icra başçı da hədəfə gəldi
12-08-2011, 05:05
Oxunub: 8 499
Şahin Məmmədovun Mövsüm İsmayılovla əlaqələri ortaya çıxıb, yaxınlarda ondan milyonların hesabı soruşulacaq
Məlum olduğu kimi bu günlərdə Təhsil Naziri Misir Mərdanovla sıx bağlılığı olan və “Qardaşlıq”, “Xumar 98”, “Min LTD”, “İnşa” MMC kimi strukturlara sahib olan Mövsüm İsmayılov həbs edilib. Həmçinin aşkarlanıb ki, bir neçə ildir ki, Mövsüm İsmayılov qudası Nizami Allahverdiyevlə birlikdə Misir Mərdanovla şərik olaraq heç bir tender qaydası gözlənilmədən tenderlərin qalibi elan edilir və məktəb tikintisi ilə məşğul olub.
O, Bərdə, Beyləqan, Xaçmaz, Kürdəmir, Mingəçevir, Qazax, Göygöl, Xınalıq, Ağcəbədidə tikinti işləri ilə məşğul olub. Amma indi aydın olur ki, təmir-tikinti adı altında dövlətə məxsus milyonlarla manat pul oğurlanıb. Nəticədə məsələyə Antikorrupsiya idarəsi müdaxilə etmək məcburiyyətində qalıb.
Əldə etdiyimiz son məlumata görə Mövsüm İsmayılovun həbsindən ən çox narahat olan Ağcəbədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovdur. Mənbə Bolgexeber.com-a bildirir ki, Mövsüm İsmayılov Ağcəbədi rayonunda tək məktəb tikintisi ilə yox, həm də dövlət təşkilatları üçün bina inşa edirmiş. Sözsüz ki, icra başçısı ilə şərik olmaqla.
İndi isə aparılan araşdırlmalar sübut edir ki, rayonda aparılan tikintilərin hamısı yararsızdır və ortada milyonlarla manat pul yoxa çıxıb. Buda bildirilir ki, Mövsüm İsmayılov həm Şahin Məmmədovla şərikli iş görüb, həm də tikilən binaların təhvil verilməsi üçün İsmayılov 100 min manat pul ödəyirmiş.
Bildirilir ki, hazırda sorğu-suala çəkilən iş adamı bir neçə məmurun adını istintaqa bildirib. Onların arasında Şahin Məmmədovla yanaşı daha iki nazirində adı çəkilib. Mənbə bildirir ki, həmin nazirlərin adından öncələr Mövsüm İsmayılova tapşırığı icra başçısı veribmiş. Qeyd olunur ki, bu səbəbdən icra başçısı Mövsüm İsmayılovun azadlığa buraxılması üçün Bakıda müəyyən şəxslərlə əlaqəyə girib.
Ehtimal edilir ki, yaxın vaxtlarda icra başçısı onu azadlığa buraxdıracaq. Amma artıq o da məlum olub ki, illərdi milyonlarla manat pulun silinməsi işində Şahin Məmmədovda iştirak edib və yaxın aylarda bunun cavabını verməli olacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər