Bakıda reket jurnalistlər həbs edilib
24-02-2014, 10:35
Oxunub: 6 322
Özlərini Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etmiş şəxslər cinayət başında yaxalanmışlar
Baş prokurorluğdan Bolgexeber.com-a verilən məlumata görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən özlərini həmin idarənin əməkdaşları kimi təqdim etmiş şəxslərin qanunsuz hərəkətlərə yol vermələri barədə Bakı şəhər sakininin müraciəti üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir.“Kölgəli İqtisadiyyat və Korrupsiya” və “İqtisadiyyat və Kölgə” qəzetlərinin müxbirləri vəsiqəsini əldə etmiş Niyazi Məmmədov, Rüstəm Rüstəmov və Sənan Ağayevin qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin nüfuzuna xələl gətirən hərəkətlərə yol verərək özlərini həmin idarənin əməkdaşları kimi təqdim etməklə paytaxtın Xətai rayonunda fəaliyyət göstərən Sağlamlıq Mərkəzinin nəzarətçisi Emil Hüseynovdan mərkəzin fəaliyyətinin dayandırılmaması müqabilində 500 manat məbləğində pul tələb edib həmin vəsaitin 200 manatını qabaqcadan alarkən cinayət başında yaxalanmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanmışdır.
Niyazi Məmmədov, Sənan Ağayev və Rüstəm Rüstəmov iş üzrə Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda həmin şəxslər tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qeyd edilən şəxslərin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 012-361-11-36 telefon nömrəsinə və ya 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər