BolgeXeber.Com » Gündəm » Rezidenturaya sınaq imtahanına 656 namizəd qatılacaq

Rezidenturaya sınaq imtahanına 656 namizəd qatılacaq

8-09-2011, 15:50
Oxunub: 4 116 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) baza ali tibb təhsilli namizədlərin rezidenturaya qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə sentyabrın 10-da baza fənləri üzrə və 11-də isə ixtisas fənləri üzrə sınaq imtahanları keçirəcək.

TQDK-dan BolgeXeber.com-a verilən məlumata görə, İmtahana yazılış internet vasitəsilə sentyabrın 2-dən sentyabrın 8-dək (saat 12:00-dək) aparılıb və 656 namizəd qeydiyyatdan keçib.

Qeyd edək ki, sınaq imtahanı Bakı şəhərində keçiriləcək.