“Paşa” MMC-nin rəhbəri həbs olundu
16-09-2011, 20:20
Oxunub: 2 536
Bakıda müdhiş dələduzluq edən şirkət rəhbəri xarici ölkədə həbs edilib.
Bolgexeber.com məlumatına görə, həmin şəxs 42 yaşlı Qənirə İsmayılovadır. O, 2 ay əvvəl Gəncə sakini olan Rəna adlı qadından 103 min dollar alaraq mənimsəyib. Q. İsmayılova fırıldaq əməlini həyata keçirmək üçün oğlunun xəstə olmasından istifadə edib. Guya onun oğlunun başında bədxassli şiş aşkarlanıb. Bunun müalicəsi üçün külli miqdarda pul lazımdı. Pulu aldıqdan sonra isə Belarusa qaçıb. Həmin ölkədə həbs olunan Q. İsmayılova bir neçə gün əvvəl Azərbaycana ekstradisiya olunub.
İlkin dindirmə zamanı bildirib ki, dələduzluq yolu əldə etdiyi 103 min dolları oğlunun müalicəsinə xərcləsə də, uşaq dünyasını dəyişib. Fırıldaq əməli ilə əldə etdiyi qənimətin dəqiq məbləğini bilməyən Q. İsmayılova bunun 200 min dollardan çox olduğunu etiraf edib.
Qeyd edək ki, Q. İsmayılova əvvəllər 2 saylı Tibb Texnikumunda direktor müavini işləyib və o vaxt dələduzluq etdiyinə görə məhkəmədən cərimə il canını qurtara bilib. Hazırda fəaliyyət göstərməyən “Paşa” MMC-nin rəhbəridir.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4-cü (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanıb. Onun dələduzluq əməlinin qurbanlarının sayının artacağı ehtimal olunur.
Çox Oxunanlar
- 7-04-2021, 11:43 : Səlim Müslümov daha bir vəzifəsini itirdi - Yeni təyinat
Xəbərlər
- 7-04-2021, 11:53 : Cəlilabad meşələrində əkilən qoz bağlarına kimlər göz dikib-ŞİKAYƏT(VİDEO)
Gündəm
- 9-04-2021, 17:03 : Malik Həsənov: Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb
Siyasət
- 7-04-2021, 11:31 : Vətəndaşların 3.2 milyon manatını mənimsəyən xanım direktor HƏBS EDİLDİ
Xəbərlər
- 17-03-2021, 12:24 : Bakı Apelyasiya Məhkəməsindən Ata Abdullayevlə bağlı QƏRAR
Siyasət
- 17-03-2021, 17:53 : Malik Həsənov: Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir
Siyasət
- 4-04-2021, 14:40 : Azərbaycanda rüşvət alan rəis belə həbs olundu - ANBAAN VİDEO
Xəbərlər
- 22-03-2021, 16:22 : Zirəddindən Azərbaycanla bağlı ŞOK PROQNOZLAR - Koronavirus, zəlzələ və... - VİDEO
Xəbərlər
- 17-03-2021, 11:37 : Arzu Rəhimovun Göyçaydakı adamı ittiham olunur - MÜRACİƏT
Gündəm
- 17-03-2021, 11:14 : Marşrut avtobusları 9 gün işləməyəcək? (AÇIQLAMA)
Sosial