BolgeXeber.Com » Gündəm » Paris Hilton Bakıya gəlir

Paris Hilton Bakıya gəlir

21-09-2011, 16:20
Oxunub: 2 895
Sentyabrın sonuna kimi “Hilton Baku” mehmanxanasının açılışı olacaq

Azərbaycan paytaxtında inşa olunan “Hilton Baku” mehmanxanasının açılışına sayılısı günlər qalıb. Otelin açılışının sentyabrın sonlarında baş tutacağı gözlənilir. Bolgexeber.com-un əldə etdiyi məlumata görə, açılışa ölkə rəhbərliyi ilə yanaşı “Hilton” mehmanxanalar şəbəkəsinin varisi, aktrisa, model Paris Hilton da qatılacaq. Türkiyədə səfərdə olan model yaxın günlərdə Azərbaycana gələcək. Hazırda otel tamamilə hazır vəziyyətdədir. Son tamamlama işləri gedir. İşçi seçimi də yekunlaşıb.

Bakıdakı köhnə “Azərbaycan” Mehmanxanasının yerində inşa olunan “Hilton Baku” otelinin təməli 2008-ci ilin may ayında qoyulub. Tikinti işləri "ISR Capital Investments" şirkəti tərəfindən aparılan, təxminən 130 milyon avroya başa gələn bu beşulduzlu otelin ərazisi 42 160 kvadratmetrdir. Otel 25 mərtəbəli olmaqla 308 otaqdan ibarət olacaq. Oteldə 550 maşınlıq bağlı avtopark, panoramalı liftlər, müxtəlif restoranlar, konsert və sərgi salonları, 670 kvadratmetrdə yerləşəcək sağlamlıq mərkəzi, idman və fitnes mərkəzləri və üzgüçülük hovuzları olacaq. Otelin sonuncu mərtəbəsində 360 dərəcə fırlanan və bütün Bakının panoramasını əhatə edən bar yerləşəcək. Otelin Baş meneceri Manuel Aviladır.

Məlumat üçün bildirək ki, hazırda Hilton Mehmanxanaları və Kurortları şirkətinin fəaliyyət dairəsinə 78 ölkədə 540-dan çox mehmanxana daxildir. Hilton Mehmanxanaları və Kurortları “Hilton Worldwide” şirkətinin bu sahədə liderlik edən on brendindən biridir. “Hilton Worldwide” şirkəti 92 ildir ki, bu sahədə fəaliyyət göstərir və şirkətin brendləri 84 ölkədə 3,750-dən çox mehmanxananı və 615,000-dən çox otağı özündə cəmləşdirir.

Qeyd edək ki, P. Hilton bu gün Türkiyəyə gəlib. Britaniya Hava yollarına aid bir təyyarə ilə Londondan İstanbula gələn Paris Hiltonu Atatürk Hava limanında jurnalistlər qarşılayıb. Təyyarədən endikdən sonra təxminən 15 dəqiqəyə yaxın makiyajını yenilədikdən sonra jurnalistlərin suallarını cavablandırıb: “İstanbula yenidən gəldiyim üçün çox həyəcanlıyam. Mənim üçün çox uğurlu bir iş gəzintisi olacaq. Türk insanları çox yaxşı dostdurlar. İstanbulda Boğaz turu və gecə klubları üçün darıxmışam”.

Paris Hiltonun İstanbulda qarşılanma videosunu təqdim edirik.