BolgeXeber.Com » Gündəm » De-İnstitutlaşma Uşaq Müdafiəsi İdarəsinin rəhbərini milyoner elan etmək olar

De-İnstitutlaşma Uşaq Müdafiəsi İdarəsinin rəhbərini milyoner elan etmək olar

21-04-2014, 07:00
Oxunub: 4 469 Məlahət Haçıyeva və De-İnstitutlaşma Uşaq Müdafiəsi İdarəsi…

Yetim uşaqlara göndərilən yardımlardan əldə olunan milyonlar
De-İnstitutlaşma Uşaq Müdafiəsi İdarəsinin rəhbəri Məlahət Hacıyevanı rəsmən milyoner elan etmək olar
De-İnstitutlaşma Uşaq Müdafiəsi İdarəsinin rəhbəri Məlahət Hacıyeva xarici səfirliklərin, ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin Azərbaycandakı uşaq evlərinə etdikləri yardımları uşaq evlərinin və internat məktəblərinin direktorları ilə birlikdə mənimsəyir.

Bu barədə pia.az-a daxil olan məlumatda göstərilir ki, ölkəmizdə fəaliyyət göstərən xarici səfirliklər, beynəlxalq təşkilatlar, xarici şirkətlər hər ay Bakı və Sumqayıt şəhərlərindəki müxtəlif uşaq evlərinə və internat məktəblərinə maddi və ərzaq yardımı göstərirlər. Həmçinin uşaq evlərinə və internat məktəblərinə müxtəlif avadanlıqlar da bağışlayırlar. Daxil olan məlumatda göstərilir ki, xarici səfirliklərin, təşkilatların, şirkətlərin uşaq evlərinə etdiyi maddi yardımlar birbaşa De-İnsitutlaşma və Uşaq İdarəsinin müdiri Məlahət Hacıyevanın nəzarəti altındadır. İddiaya əsasən idarə müdiri ərzaq və müxtəlif avadanlıqlardan başqa uşaq evlərinin və internat məktəblərin hesablarına köçürülən pul yardımlarını və yaxud göstərilən maddi yardımları uşaq evlərinin direktorları ilə birlikdə mənimsəyir.
İnformasiya mənbəmiz həmçinin qeyd edir ki, uşaq evlərinə və internat məktəblərə ianə edilən bahalı avadanlıqlar da Məlahət Hacıyeva və müəssisə rəhbərləri tərəfindən götürülür. Mənbə qeyd edir ki, beynəlxalq təşkilatlar, xarici səfirliklər, şirkətlər yardım etmək üçün müraciət etdikdə xanım Hacıyeva özünə yaxın olan şəxslərin və yaxud da qohumlarının direktor olduğu uşaq evlərini və inteonat məktəblərini məsləhət görür. Çünki həmin uşaq evlərinə edilən maddi yardımlar direktorlarla birlikdə çox asanlıqla sənədləşdirilərək mənimsənilir.

Məluamtlı şəxs onu da qeyd edir ki, müxtəlif şirkətlərin adından daxil olan yardımların böyük əksəriyyəti De-İnstitutlaşma Uşaq Müdafiəsi İdarəsi tərəfindən qeydiyyata alınmır. Bu isə edilən yardımların çox asanlıqla mənimsənilməsinə şərait yaradır. Bildirir ki, Dövlət Neft Şirkəti Tərəfindən uşaq evlərinə edilən yardımlarda həmin qayda olaraq qeydiyyata alınmır və həmin yardımlar Məlahət Hacıyeva ilə birlikdə xanım şöbə müdirinin yaxınlarının ciblərinə axır.

Daxil olan məlumatda o da göstərilir ki, Məlahət Hacıyeva Təhsil Nazirliynin ən varlı məməurlarından hesab olunur. Belə ki, De-İnstitutlaşma Uşaq Müdafiəsi İdarəsinin rəhbərinin Bakıda şəhərin müxtəlif ən bahalı yerlərində 25-dən artıq mənzili, dəyəri milyon manatdan artıq olan 3 villası var. Nərimanov rayonunda Montinə gedən yolun üstündə isə 2 mağazası var və xanım Hacıyevanın həmin mağazaları icarəyə verdiyi bildirilir.Niyami rayonunda isə De-İnstitutlaşma Uşaq Müdafiəsi İdarəsinin rəhbərinin pərdə mağazası fəaliyət gösətərir. Neftçilər və Xalqlar metrosnun yanında, təzə tikili binaların hər birində 4 mənzl olmaqla 8 mənzili olduğu və həmin imənzilləri kirayə verdiyi bildirilir. Məlahət Hacıyevanın 28 maydakı mənzilinin qiymətinin bir milyondan artıq olduğu qeyd olunur. De-İnstitutlaşma Uşaq Müdafiəsi İdarəsinin rəhbərinin Şamaxıdakı villası isə deyilənə görə dillər əzbəridir.

Həmçinin məlumatda qeyd olunur ki, Məlahət Hacıyevanın 3 saylı internat məktəbin direktoru Baha Kərimova ilə bir çox şərikli biznesi var.
Həmçinin, Məlahət Hacıyeva ilə 7 saylı “Xüsusi təyinatlı internat” məktəbinin direktoru Afaqət xanımla hansı biznes və diğər əlaqələri mövcuddur. Bu barədə gələn yazılarda dəqiq məlumat verəcəyik.

Yazıda adı keçən şəxslərin mövqyeini dərc etməyə hazırıq…
Bolgexeber.com