BolgeXeber.Com » Gündəm » Bakıda piyadanı vuran maşın hansı məmurundur?

Bakıda piyadanı vuran maşın hansı məmurundur?

12-05-2014, 10:30
Oxunub: 3 456 Ötən gecə Bakının Səbail rayonu ərazisində minik maşını üç piyadanı vurub.

Hadisə Salyan şossesində baş verib. Yüksək sürətlə hərəkətdə olan "Hyundai" markalı avtomobil yol kənarında dayanan piyadaları vurub. Nəticədə piyadalardan 1-i ölüb, 2-si isə xəsarət alıb.

Maşının sürəti o qədər yüksək olub ki, zərbənin gücündən piyadalardan biri bir neçə metr hündürlüyə qalxaraq, reklam lövhəsinə dəyib, sonra isə yerə çırpılıb.

Xəsarət alan piyadalar Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan apa TV-yə verilən məlumata görə, xəsarət alanlar Zəfər Xəlilov və Xalid Cəbrayılovdur. Yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Musavat.com-dan: Piyadaları vuran avtomobilin dövlət nömrə nişanı 10 AS 509-dir. Avtomobilin məmurlardan birinə məxsus olduğu bildirilir. Lakin hadisə ilə bağlı yayılan xəbərlərdə sürücünün adı çəkilmir. Səbail Rayon Polis İdarəsindən də sürücünün adını öyrənmək mümkün olmayıb.