BolgeXeber.Com » Gündəm » Masallıda DYP inspektoru bıçaqlandı -ÖZƏL

Masallıda DYP inspektoru bıçaqlandı -ÖZƏL

12-05-2014, 12:25
Oxunub: 3 289 Ariz İsmayılov nə səbəbdən bıçaqlanması məlum deyil

Bu saatlarda Bolgexeber.com-a daxil olan məlumata görə Masallı DYP-nin inspektoru inspektoru Ariz İsmayılov Heydər Əliyev prospektində xidmət apararkən ürək nahiyəsindən bıçaqla vurulub. Əməkdaşımızın verdiyi məlumata görə Ariz İsmayılov reanimasiya şöbəsinə yerləşdirilib ,vəziyyəti ağır olaraq qalır. Hadisənin nə səbəbdən baş verməsi araşdırılır. Hal-hazırda hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.Hadisənin təfərrüatı haqda yaxın zamanlarda məlumat verəcəyik.
Bolgexeber.com