Şagirdlərin dərsdən yayınmasının qarşısı alınacaq
12-05-2014, 14:20
Oxunub: 3 185
Bakı Şəhəri üzrə Təhsil İdarəsi: "Biz bunu etiraf edirik"
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən paytaxt məktəblərində şagirdlərin dərslərdən yayınması məsələsinə aydınlıq gətiriblər.
BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov bu gün keçirilən sınaq qiymətləndirilməsi ilə bağlı mətbuat konfransında bildirib ki, Bakı məktəblərində dərsdən yayınma halları var. Onun sözlərinə görə şagirdlərin dərsdən yayınma hallarının qarşısını almaq üçün müxtəlif metodlardan istifadə olunur: "Məktəbdə müəllim peşəkar olanda belə hallar daha az olur. Təbii ki, şagirdlərin dərsdən yayınma halları hər zaman olub və bu gün də var. Biz bunu etiraf edirik. Amma çalışırıq ki, bunu inzibati yollarla yox, təbii yolla aradan qaldıraq”.
Qeyd edək ki, gələn ay Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən paytaxtın ümumtəhsil müəssisələrində çalışan müəllimlərin Sınaq Qiymətləndirilməsi keçiriləcək.Sınaq qiymətləndirilməsi 3 istiqamətdə - fənn, metodika, kommunikativ qabiliyyətə dair sorğu əsasında aparılacaq.
Sınaq qiymətləndirmənin keçirilməsi üçün Bakının 4 zonasında 30-dək məktəb müəyyənləşdirilib. Sınaq qiymətləndirmənin keçirilməsində məqsəd hansısa cəzalandırma, sanksiya tətbiq etmək yox, müəllimlərin bilik səviyyəsini artırmaqdır.ans
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər