Oğul atasını baltaladı
12-05-2014, 14:20
Oxunub: 3 273
Bakıda oğulun atasının balta ilə qətlə yetirməsinin səbəbi məlum olub. Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin böyük müstəntiqi Zaur Ağakişiyevin ANS PRESS-ə verdiyi məlumata görə, 17 yaşlı Şamil Rzayev atası 42 yaşlı Qalib Nəsu oğlunu məişət zəminində öldürüb.
“Atası evə çox vaxt içkili halda gələrək evdəkiləri incidirmiş. Bir müddət belə davam edib. Bundan bezən Şamil Rzayev balta ilə atasını qətlə yetirib”, deyə Zaur Ağakişiyev bildirib.
Qeyd edək ki, mayın 10-da Türkan qəsəbəsi Üzümçülük sovxozunda yaşayan 1997-ci il təvəllüdlü Şamil Rzayev yaşadığı evdə atası 1972-ci il təvəllüdlü Qalib Nəsu oğlunu başından balta ilə vurub. Baş nahiyəsinə üç dəfə balta zərbəsi alan kişi ölüb.
Şamil Rzayev Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər