BolgeXeber.Com » Gündəm » Qobustanda torpaq satanlara qarşı mübarizə...

Qobustanda torpaq satanlara qarşı mübarizə...

13-05-2014, 09:20
Oxunub: 4 112 Bolgexeber.com-a Qobustan rayon sakinləri tərəfindən göndərilən və su ilə bağlı olan şikayət ərizəsini sizə təqdim etmişdik.

Bu dəfə isə rayon sakinləri torpaq alverçiləri ilə bağlı saytımıza şikayət ərizəsi göndərib. Ərizəsini sizə olduğu kimi təqdim edirik.

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
CƏNAB İLHAM ƏLİYEVƏ.

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRİ.
HEYDƏR ƏSƏDOVA.

DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİNİN SƏDRİ.
QƏRİB MƏMMƏDOVA.


Ərizə
Cənab Prezident !


Məlumat üçün Sizə bildirmək istəyirik ki, Kənd Təsərrüfatına Qobustan rayon Ximilli kəndində dırnaq arası məmurları tərəfindən divan tutmaqla məşğuldurlar, belə ki, Ximilli kəndinə Qobustan rayonu tərəfindən gələndə əsasən dəyirmanın sol tərəfində təpənin üstündə və digər yerlərdə kənd təsərüfatına yararlı tarpaqlar dəyər dəyməzinə maşınlarla satırlar, bu kimi çirkin əmələr qanuna ziddir, əkin sahələrin başqa məqsədlər üçün istifadə etmək qəti qadağandır, amma bu ədalətsiz kənd rəhbərləri bu işlərə göz yumurlar. Bu işlərədə Ximilli kənd sakini Mirzəyev Nadir Bəybala oğlu rəhbərlik edir. Maşınlardan pulları yığır.

Cənab Prezident !

Xahiş olunur Qobustan rayon Ximilli kənd sakini Mirzəyev Nadir Bəybala oğlu və kəndin torpağın satılmasına şərait yaradan rəhbərləri barədə tədbir görülsün.

Bolgexeber.com