Qanunsuz yarmarka öz fəaliyyətini hələ də davam etdirir
13-05-2014, 09:35
Oxunub: 3 384
Etirazlarına məhəl qoyulmayan sakinlər bununla bağlı prezidentə müraciət ünvanlayıblar
İqbal Ağazadə: “Mənə müraciət olarsa, Milli Məclis, Xətai rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyi səviyyəsində bu məsələ ilə məşğul olaram”
Martın 29-da “Neopol” dairəsindən “Həzi Aslanov” metrostansiyası istiqamətində yolun bağlanması hesabına yarmarka təşkil olunub. Məhəmməd Hadi küçəsində açılan həmin yarmarka ətrafında ilk günlərdən başlanan narazılıqlar getdikcə böyüməkdədir.
Xətai rayon İcra Hakimiyyətinin başçısı Ramiz Məmmədov və kənd təsərrüfatı naziri Heydər Əsədovun birgə təşkil etdikləri yarmarkanın açılması nəticəsində küçə tamamilə bağlanıb. Yarmarkanın bir həftə fəaliyyət göstərəcəyi deyilsə də, üstündən keçən bu müddət ərzində həmin ticarət obyekti hələ də öz fəaliyyətini davam etdirir. Sakinlərin dəfələrlə etiraz etmələrinə baxmayaraq, onların narazılığına məhəl qoyan yoxdur. Hətta yarmarkanın fəaliyyət göstərdiyi küçənin sakinləri bununla bağlı prezidentə müraciət də ünvanlayıblar.
Onu da qeyd edək ki, ətrafında narazılıqlar yaranan bu yarmarka millət vəkili mandatı əlindən alınaraq həbs edilən, bir həftə öncə isə azadlığa buraxılan Gülər Əhmədovanın vaxtilə deputat seçildiyi əraziyə aiddir. Bu isə o deməkdir ki, sakinlər həm də 1 il 2 aydır ki, deputatsız qalıblar.
Yarmarka açılan yerə yaxın ərazidən millət vəkili seçilən İqbal Ağazadə isə sakinlər ona müraciət edərsə, bu məsələni Milli Məclisdə qaldıracağını bildirdi: “Bununla bağlı mənə rəsmi müraciət edilməyib. Seçicilər əgər belə bir təşəbbüs göstərsələr, mən hər zaman bu problemi parlamentdə qaldırmağa hazıram. Açığı ora mənim deputat seçildiyim əraziyə daxil deyil. Amma bu, mənim üçün fərq etmir. Hər bir Azərbaycan vətəndaşının probleminin yanındayam. Müraciətlər olarsa, Milli Məclis, Xətai rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyi səviyyəsində bu məsələ ilə məşğul olaram. Məsələnin mahiyyətini dərindən bilmirəm. Ona görə də, hüquqi tərəfdən doğru olub-olmamasını deyə bilmərəm. Vətəndaşların narazı olmasını da dəqiq bilmirik. Bir vətəndaş belə, mənə müraciət etsə, bunun hüquqi tərəflərini araşdıraram”.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər