Bakıda sərnişinlər qadını təhqir edən avtobus sürücüsünü döydülər
13-05-2014, 13:15
Oxunub: 3 861
Bakıda qadını təhqir edən avtobus sürücüsü sərnişinlər tərəfindən döyülüb.
1news.az-ın məlumatına görə, insident 33 saylı avtobusun sürücüsü ilə sərnişinlər arasında baş verib. Bildirilir ki, sürücü avtobusu həddindən artıq bərk sürüb, qəfil əyləci basıb, yolda manevrlər edib. Sərnişinlərdən biri sürücüyə avtobusu asta sürməyə, qaydaları pozmamağa çağırıb. Sürücü isə qadına “ürəyim necə istəyir, elə sürürəm” deyincə, avtobusdakı digər sərnişinlərin də səbri daşıb və dava başlayıb.
Mübahisə polis əməkdaşının müdaxiləsi ilə bitib. Qəzəbi soyumamış sərnişinlər sürücünün kobudluq etdiyi qadından üzr istəməyini tələb ediblər.
Qeyd edək ki, sərnişinlərlə avtobus sürücüsü arasında baş verən ilk insident deyil. Daha əvvəl də avtobuslarda bu cür hadisə olub.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər