“RUM” MTK bir mənzili iki şəxsə satıb
13-05-2014, 16:10
Oxunub: 4 440
“RUM” MTK-nın vəzifəli şəxsləri barəsində cinayət işi başlanmışdır
Baş prokurorluğdan Bolgexeber.com-a verilən məlumata görə Bakı şəhər sakinin “RUM” Mənzil-Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol vermələri barədə müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.Araşdırmalar zamanı kooperativin icraçı direktoru İman Hüseynovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kooperativ tərəfindən Xətai rayonunda inşa edilmiş çoxmərtəbəli yaşayış binasındakı mənzili qanunsuz olaraq təkrarən başqa şəxsə satmasında, eyni zamanda həmin mənzili 63 min manata satdığı halda rəsmi sənədlərə mənzilin guya 27 min 700 ABŞ dollarına satılması barədə bilə-bilə yalan məlumatlar daxil etməklə vətəndaşın qanuni mənayefinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.2(vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər