Ömərovun nəvəsinə xərclənən pullarla bir Olimpiya Kompleksi tikmək olardı
14-05-2014, 12:05
Oxunub: 5 278
“Evrovision” yarışmasında İsmayıl Ömərovun nəvəsinin qalib gəlməməsi üçün bir oliqarx məmurun xərclədiyi pullara bəlkə də bir Olimpiya Kompleksi tikmək olardı
Azərbaycanın bu il Eurovisionda qazandığı uğursuzluqla bağlı AzNews.az saytı İTV-nin eks-baş direktoru İsmayıl Ömərovun müavini olmuş Çingiz Aslanovdan münasibət öyrənib.
Çingiz Aslanov İsmayıl Ömərovun nəvəsini Eurovisiona göndərməsinə də toxunub:
"Onda da seçim tam ədalətli idi. Çünki İTV-nin qısa müddətdə tam formalaşıb uğur qazanması da məhz bu ədalətlilik prinsipinə sədaqətin məntiqi nəticəsi idi. Jurnalistlər İsmayıl Ömərovun nəvəsinin həmin yarışda iştirakı məsələsinə dönə-dönə qayıdırlar. Məcburam bunu deyim.
Bəlkə də bu sözlərimə görə, məni ən çox qınayan İsmayıl Ömərov olacaq. Amma çoxları bilir, qoy, musiqisevərlər də bilsin ki, əsasən 10 MDB ölkəsi arasında təşkil olunan uşaq “Evrovision” yarışmasında İsmayıl Ömərovun nəvəsinin qalib gəlməməsi üçün bir oliqarx məmurun xərclədiyi pullara bəlkə də bir Olimpiya Kompleksi tikmək olardı.
Әgər bu məsələni jurnalistlər araşdırmaq istəyirsə, Avropa Yayımlar Birliyindən həmin yarışmada Ömər Sultanova komissiyalardan yox, ölkələrdən SMS-lə nə qədər səs verildiyini istəsin, alsın, onda hər şey sizə tam aydın olacaq".
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər