“Atam artıq yatıb, sən hazırlaş” – Əxlaqsız mesaj
14-05-2014, 12:05
Oxunub: 4 934
Azərbaycanda məktəb direktorunun oğlu əxlaqsızlıq edib
O, atasının 13 yaşlı şagirdi ilə intim hərəkətlər edib. Hadisə Ucar rayon Bağman kəndində baş verib. Kənd orta məktəbinin direktoru Binyət Binyətovun 23 yaşlı oğlu Daşqın 7-ci sinif şagirdi A.Z.-ni yoldan çıxararaq əxlaqsızlığa vadar edib.
Bolgexeber.com xəbər verir ki, Ucar Rayon Polis Şöbəsindən milli.az-a bildirilib ki, direktor oğlu məktəblinin uşaqlığından istifadə edərək onu sms vasitəsilə yoldan çıxarıb. Sonra isə qızı sms vasitəsilə yaşadığı evin hasarının yanına çağırıb. Orada qızla əxlaqsız hərəkətlər edib. Sonradan bu münasibət mütəmadi hal alıb.
Qızın mobil telefonunda oğlana yazılan sms-lərdən nisbətən etik cəhətdən normal olan birini oxuculara təqdim edirik: “Hasarın dibində gözlə. Evimizin işığını iki dəfə söndürüb-yandıranda bil ki, atam artıq yatıb, sən hazırlaş”.
Bu məsələnin üstünü qızın valideynləri açıblar. Onlar polisə şikayət edərək övladlarının bakirəliyinin pozulduğunu iddia etsələr də, ekspertizada bu təsdiqini tapmayıb. Lakin D.Binyətov yetkinlik yaşına çatmayan qızla etdiyi əmələ görə Cinayət Məcəlləsinin əxlaqsız hərəkətlər (153-cü) maddəsi ilə təqsirli bilinərək həbs edilib. Hazırda cinayət işi baxılması üçün rayon məhkəməsinə göndərilib.
Bolgexeber.com
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər