BolgeXeber.Com » Gündəm » Kəmalə Bənənyarlı və Tural Abbaslının həbsindən apellyasiya şikayəti verilib

Kəmalə Bənənyarlı və Tural Abbaslının həbsindən apellyasiya şikayəti verilib

14-05-2014, 17:05
Oxunub: 5 429 Həbsdə olan AXCP üzvü Kəmalə Xəlilova (Bənənyarlı) və Müsavat partiyasının üzvü Tural Abbaslı ilə bağlı məhkəməyə müraciət edilib.

Vəkil Əsabəli Mustafayev bildirib ki, onların həbsinin qanunsuz hesab olunması barədə apellyasiya şikayəti ilə Bakı Apellyasiya məhkəməsinə müraciət edilib. Vəkil şikayətdə K. Bənənyarlının işgəncəyə məruz qalmasının da qeyd olunduğunu bildirib.

Qeyd edək ki, mayın 6-da “Nida” Vətəndaş Hərəkatının üzvlərinə hökm oxunduqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında etiraz şüarları səsləndirən bir neçə nəfər məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib. Onlardan T. Abbaslı 15, K. Bənənyarlı isə 30 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.(APA)