BolgeXeber.Com » Gündəm » "Qardaş Türkiyənin kədəri bizim də kədərimizdir"-Əli Kərimli

"Qardaş Türkiyənin kədəri bizim də kədərimizdir"-Əli Kərimli

14-05-2014, 20:15
Oxunub: 3 177 AXCP sədri Əli Kərimli Soma qurbanları ilə bağlı başsağlığı verdi.

Qardaş Türkiyənin kədəri bizim də kədərimizdir. Türkiyədə böyük faciə baş verib. Manisa vilayətinin Soma qəsəbəsində kömür mədənində baş vermiş yanğın və partlayış nəticəsində ölənlərin sayı 230 nəfərdən artıqdır. Bu rəqəm daha da arta bilər. Yüzlərlə insan hələ də yerin altındadır.

Türkiyə hökuməti ölkədə 3 günlük matəm elan edib. Türk bayraqları hər yerdə yarıya qədər endirilib. Ölkə göz yaşı içindədir.

Bu ağır hüznlü günlərdə türkiyəli qardaş və bacılarımızın acılarını paylaşırıq. Ölənlərin ailələrinə, yaxınlarına, bütövlükdə Türk millətinə dərin hüznlə başsağlığı veririk.

Faciə qurbanlarının doğmalarına səbr, özlərinə isə Allahdan rəhmət diləyirik! Dualarımız isə hələ də yerin altında qurtulacağını ümidlə gözləyən insanlar üçündür. Allah köməkləri olsun!