Bu gün bürcünüz nə vəd edir?
15-05-2014, 09:35
Oxunub: 3 391
QOÇ – Büdcənizdə müəyyən artım gözlənilsə də, uzaq yola çıxmaq, riskli hərəkətlər etmək, yeni işlərə başlamaq məsləhət görülmür
Bu səbəbdən yaxşı olar ki, boş vaxtınızı ev şəraitində keçirəsiniz.
BUĞA - Qarşılıqlı münasibətlərdə səxavətli olmağınız çox işlərdə əlinizdən tutacaq. Hansısa şəxsi probleminizi qabartmaqdansa, daha bəşəri ideyalarla məşğul olun. Nəzərə alın ki, bu, sizə hədsiz savab qazandıra bilər.
ƏKİZLƏR – Pulla bağlı çətinliklərinizin qabarmasından narahat olmayın. Çünki yaxın günlərdə bu istiqamətdə uğurlarınız artacaq. Konkret olaraq bu günsə yalnız görəcəyiniz işləri dəqiqləşdirməlisiniz.
XƏRÇƏNG – Birgə gəzintilərə çıxmaq, əyləncəli məkanlarda olmaq üçün əlverişli tarixdir. Buna əməl etməklə sürprizlərlə rastlaşacaqsınız. Günortadan sonra maraqlı situasiyaların iştirakçısına çevriləcəksiniz.
ŞİR - Məhəbbət müstəvisində irəliləyişlərə nail olmağınızı bildirən ulduzlar əsas gücünüzü sevgiyə yönəltməyi məsləhət görür. Dardüşüncəli insanlara əhəmiyyətsiz yanaşın. Gələcəyə ümidlə baxın.
QIZ – Səmimi olsanız, ailə-sevgi münasibətlərində vəziyyət tamamilə xeyrinizə cərəyan edəcək. Kənar təsirlərə aludə olmayın. Köməyə ehtiyac duyan yaxınlarınıza sədaqətliliyinizi göstərin.
TƏRƏZİ – Nahar fasiləsinə qədər hansısa ciddi işlərə girişməyin. Əks təqdirdə xoşagəlməz situasiyalarla rastlaşacaqsınız. Sonrakı saatlarda isə nüfuzlu şəxslərlə görüşləriniz sizə səmərə verəcək.
ƏQRƏB - Sağlıq durumunuzla əlaqədar bəzi kiçik problemləriniz gözlənilsə də, özünüzə diqqət yetirməklə bu kimi mənfi fəsadları aradan qaldıra bilərsiniz. Çalışın ki, gün ərzində ağır fiziki işlərə girişməyəsiniz.
OXATAN – Astroloji göstəricilər qənaətbəxş bir gün yaşayacağınızı proqnozlaşdırır. Qarşılıqlı münasibətlərdə yaranmış müsbət çalarlar ovqatınızı xeyli yüksəldəcək. Yeni xəbər eşidəcəyiniz də mümkündür.
OĞLAQ – Fəaliyyət müstəvisində həmkarlarınızla müəyyən mübahisələriniz gözlənilir. Odur ki, özünüzü qalmaqallara istiqamətləndirməyin. Saat 16-dan sonra şəxsi işlərinizdə dönüş yarana bilər.
SUTÖKƏN – Yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimi bütünlüklə səhhətinizin müdafiəsinə həsr edəsiniz. Hər bir məqamda əsəblərinizi qorumalı, dedi-qoduya fikir verməməlisiniz.
BALIQLAR – Şəxsi büdcənizi artırmaq baxımından düşərli gün olsa da, ümumi əhvalınızda gərginlik mümkündür. Lakin bu amil işgüzar sövdələşmələrdə və qərarlar qəbul etməkdə sizə mane olmayacaq.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər