Avtobus sürücülərinin biabırçı həkim müayinəsi – Video
15-05-2014, 09:35
Oxunub: 3 283
Sürücülər hər gün “həkimin xüsusi nümayəndəsi”nə 50-60 qəpik pul verib, “müayinədən” keçirlər
Bolgexeber.com “Axar.az”-a istinadən xəbər verir ki, qanunla avtobus sürücüləri hər gün reysqabağı tibbi müayindən keçməlidirlər. Kadrlardan da göründüyü kimi, heç də sürücülər bu qaydalara riayət etmir. Kadrlar Bakı Beynəlxalq Avtovağzalının yanındakı dayanacaqda çəkilib. Nəqliyyat müfəttişlərinin əhatəsində sərbəst hərəkət edən şəxs avtobus sürücüsünə yaxınlaşır və onda olan tibbi müayinə kartını alaraq müvafiq günə uyğun möhür vurur. Bu xidmətin qarşılığında isə sürücü ona 50-60 qəpik pul verir. Bu anları əməkdaşımız gizli şəkildə videoya çəkə bilib. Xatırladaq ki, sürücülərin reysqabağı tibbi müayinədən keçməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2006-ci ildə təsdiqlənən qərarı ilə tənzimlənir. Qərarda deyilir ki, reysqabağı və reysdən sonra sürücülərin sağlamlıq vəziyyətinin tibbi norma və tələblərə müvafiq olmasının məqsədi insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər