BolgeXeber.Com » Gündəm » Pərviz Həşimli 8 il müddətinə azadlıqdan məhrum edildi

Pərviz Həşimli 8 il müddətinə azadlıqdan məhrum edildi

15-05-2014, 11:55
Oxunub: 4 190 Onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimli və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Pərviz Həşimli 8 il, Təvəkkül Qurbanov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı məhkəmədən hər iki şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Xatırladaq ki, P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. Onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.