BolgeXeber.Com » Gündəm » Daha iki rayonun polis rəisi işdən çıxarıldı

Daha iki rayonun polis rəisi işdən çıxarıldı

15-05-2014, 12:05
Oxunub: 3 310 APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Oğuz rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov tutduğu vəzifədən azad edilərək Şamaxı rayonuna polis rəisi təyin edilib.

Nazirin digər əmri ilə isə Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin rəisi Cəmil Əmirov Oğuz rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.