Yasamalda nurçuların evi sökülür
15-05-2014, 12:15
Oxunub: 3 847
Onların sözlərinə görə, nurçular sökülən evlərinin yaxınlığında yeni inşa edilən binaya köçəcəklər.
Bakıda nurçuluq dini təriqətinin üzvlərinə məxsus ev sökülür. Yasamal rayonu, Xıdır Mustafayev küçəsində yerləşən ev bir günün içində sökülərək və tanınmaz hala salınıb. Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, evin sökülmə səbəbi onun satılması ilə əlaqədardır. Sakinlər bildiriblər ki, nurçuların evlərinin yaxınlığında yaşayış binası tikilir və bu səbəbdən də ətrafda olan evlər tikinti ilə məşğul olan şirkət tərəfindən satın alınıb. Onların sözlərinə görə, nurçular sökülən evlərinin yaxınlığında yeni inşa edilən binaya köçəcəklər.
Xatırladaq ki, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-də X.Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilmişdi
E.Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompyuter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus ümumvətəndaş pasportları aşkar edilərək götürülmüşdü. (anspress.com)
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər