Zakir Həsənov ciddi kadr dəyişiklikləri etdi
15-05-2014, 12:50
Oxunub: 4 174
Müdafiə Nazirliyində ciddi kadr dəyişikliyi həyata keçirilib.
AzNews.az-a daxil olan məlumata görə, müdafiə naziri Zakir Həsənovun əmri ilə Silahlı Qüvvələrdə bir sıra mühüm postlara yeni təyinatlar həyata keçirilib. Əmrə əsasən, Ali Hərbi Məktəbin rəisi, general-mayor Heydər Piriyev Azərbaycan Silahlı Qüvvələrinin Akademiyasının rəisi vəzifəsinə təyin edilib. Daha bir kadr dəyişikliyi Hərbi Polis İdarəsində baş verib. İdarəsinin rəisi, polkovnik Füzuli Salahov vəzfəsindən azad edilərək C.Naxçıvanski adına Hərbi Liseyinə rəis təyin olunub. Hərbi Polis İdarəsinin rəisi vəzifəsinə isə polkovnik-leytenant Azad Ağayev təyin edilib.
Müdafiə naziri Zakir Həsənovun bu sonuncu təyinatı adıçəkilən qurumda şok effekti yaradıb. Çünki A. Ağayev vaxtilə Bakı şəhər Qarnizonunun Hərbi Polisinin rəisi olub və işdə yol verdiyi çox ciddi nöqsanlara görə, ordu sıralarından uzaqlaşdırılıb. Onu da qeyd edək ki, polkovnik Füzuli Salahov Sərhəd Qoşunlarında hərbi hissə komandiri, daha sonra Daxili Qoşunlarda idarə rəisi vəzifəsində çalışıb.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər