Sabunçuda qətl hadisəsi baş verib
15-05-2014, 14:05
Oxunub: 4 252
T.Bədəlov ifadəsində törətdiyi cinayət əməlini tam etiraf etmişdir.
Bolgexeber.com xəbər verir ki,paytaxtın polis, milli təhlükəsizlik və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş daha bir ağır cinayətin qısa müddət ərzində açılması təmin edilmişdir.
Xəbər verildiyi kimi, mayın 13-də Lənkəran rayon sakini, 1964-cü il təvəllüdlü Mehralıyev İltifat Nurməmməd oğlunun Sabunçu rayonunun Bakıxanov qəsəbəsində kirayədə yaşadığı evdə üzərində çoxsaylı xəsarətləri olan meyiti aşkar edilmiş və faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin tamah niyyəti ilə paytaxtın Nərimanov rayonunda kirayədə yaşayan, 1991-ci il təvəllüdlü Bədəlov Turqay Qulu oğlu tərəfindən törədilməsi müəyyən edilmişdir. T.Bədəlov şübhəli şəxs qismində tutulmuş və cinayətin aləti olan bıçaq və iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülmüşdür.
T.Bədəlov ifadəsində törətdiyi cinayət əməlini tam etiraf etmişdir.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər