Sabunçunun icra başçısı verdiyi sözə əməl etmir
16-05-2014, 11:30
Oxunub: 3 737
Balaxanı sakinlərinə qəsəbə yollarının təmiri və qəsəbəninin kanalizasiya sisteminin yenidən qurulması verilən sözə əməl edilmir
Sabunçu rayonundan daxil olan şikayət məktubunda göstərilir ki, rayon icra başçısı Adil Vəliyev martın 29-da Balaxanı qəsəbəsi sakinləri ilə görüşdə verdiyi sözə hələki əməl etməyib.
Xatırladaq ki, ay yarım əvvəl Balaxanı sakinləri qəsəbədə yolların bərbad gündə olması, kanalzasiya xəttlərinin olmaması, həmçinin sakinlərdən bəzi sənədləri almaq üçün icra orqanları işçiləri tərəfindən rüşvət tələb edilməsinə etiraz olaraq qəsəbəyə gedən yolu bağlamaqla etiraz aksiyası keçirmişdilər. Sakinlərin etirazından sonra rayon icra başçısı Adil Vəliyev Balaxanı qəsəbəsində vətəndaşlarla görüşərək vətəndaşların qaldırdıqları əsas problemlərin həlli istiqamətində işlər görəcəyini söz vermişdi.
Şikayətçilər bildirir ki, Sabunçu rayon icra hakimyyətinin nəzdində olan təşkilatlar yenə də vətəndaşlardan arayış və yaxud başqa sənədlər üçün rüşvət tələb edirlər. Bildirilir ki, Adil Vəliyevin verdiyi sözdən heç bir idarə müəssisə rəhbəri nəticə çıxartmayıb. Əgər çıxartsaydılar vətəndaşlardan ən adi arayış üçün belə rüşvət tələb etməzdilər.
Bundan başqa şikayətçilər bildirirlər ki, onlar yaxın vaxtlarda Balaxanı qəsəbəsinin yollarının təmiri və kanalzasiya xətlərinin çəkilməsi məsələsinin öz həllini tapa biləcəyinə ümid etmirlər. Çünki ötən müddət ərzində Sabunçu rayon icra hakimiyyəti bu layihələrin təsdiqini belə həyata keçirməyiblər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
pia.az
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər