Qətl törədilən klinika Cavanşir Paşazadəyə məxsusdur
17-05-2014, 09:00
Oxunub: 5 246
Klinikanın yerləşdiyi bina Cavanşir Paşazadənindir.
Həkim məsuliyyətsizliyi və səhlənkarlığı nəticəsində dünyasını dəyişmiş tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının əməliyyat olunduğu “Medi Sina” Tibb Mərkəzi ilə bağlı "Startegiya.az" saytı maraqlı məlumat əldə edib.
Sayta məlumat verən mənbənin sözlərinə görə, “Medi Sina” Tibb Mərkəzi Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı, Milli Məclisin deputatı Cavanşir Paşazadəyə məxsusdur. Məlumatda bildirilir ki, klinika C.Paşazadəyə məxsus binada yerləşir.
Məlumatı dəqiqləşdirmək üçün klinikanın keçmiş baş həkimi Abbas Bağırovla əlaqə saxladıq. Abbas Bağırov bildirdi ki, klinika yox, klinikanın yerləşdiyi bina Cavanşir Paşazadənindir. Klinika isə Müğdət Həşimovundur:
"Bildiyim qədərincə, o yer Cavanşir müəllimindir, Müğdət Həşimov oranı icarəyə götürmüşdü. İşləri alınmadı, mən baş həkimlikdən çıxandan sonra klinikanı bağladılar".
Məsələ ilə bağlı zərərçəkən tərəfin hüquqlarını müdafiə edən hüquqşünas Səməd Vəkilov bildirdi ki, məsələnin bu tərəfi Nəsimi Rayon Prokurorluğu tərəfindən araşdırılmayıb. Hüquqşünas, həmçinin, hazırda cinayət işinin istintaqını aparan Bakı Şəhər Prokurorluğunda bütün təfərrüatın araşdırılacağına ümid etdiyini söyləyib.
Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 89.4-cu maddəsinə əsasən, Milli Məclisin deputatı sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda, deputat mandatından məhrum edilir.
Xatırladaq ki, 1977-ci il təvəllüdlü E.Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizanın rəyinə əsasən müəyyən edilib ki, E.Tofiqqızı həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişib.
Hazırda cinayət işinin istintaqı Bakı Şəhər Prokurorluğunda davam etdirilir. Bu cinayətə görə hələlik heç kim məsuliyyətə cəlb edilməyib.


Bolgexeber.com
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər