Bakıda içməli suya görə etiraz aksiyası
17-05-2014, 16:55
Oxunub: 4 866
Binəqədi sakinləri: "Dediklərinə əməl etməsələr, daha böyük etiraz aksiyası keçirəcəyik"
Binəqədi rayonunda keçirilən etiraz aksiyasında nümayişçiləri sakitləşdirmək üçün əraziyə aidiyyatı qurumların nümayəndələri gəlib.
Bolgexeber.com anspress-ə istinadən xəbər verir ki, etirazçılarla görüşdə İlqar Süleymanov, Binəqədi rayon su idarəsinin sədri Əhliman Mansurov və “Azərsu” ASC-nin nümayəndəsi Səid Hüseynov iştirak edib. Qurum nümayəndələri sakinlərə bu gündən problemin həll olunacağını deyib. Onların sözlərinə görə, “Döngə 3” küçəsinə səhərə qədər fasiləsiz su veriləcək. Lakin sabahdan sonra su adi qaydada veriləcək. Əgər suyun verilişində yenidən problem yaranarsa, o zaman ərazidəki su nasoslar dəyişdirilərək daha böyükləri quraşdırılacaq.
Sakinlər isə bildiriblər ki, əgər aidiyyatı qurumların nümayəndələri dediklərinə əməl etməsələr, etiraz aksiyalarını davam etdirəcəyik.
Qeyd edək ki, bu gün səhər saatlarında Binəqədi rayonunyn "Döngə 3" küçəsinin sakinləri etiraz aksiyası keçirib. Aksiyaya səbəb sakinlərə içməli suyun verilməməsidir.
"Döngə 3" küçəsinin sakinləri sözlərinə görə, 2 aydan çoxdur ki, içməli su verilmir.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər