Yəhudi deputat: "Ərdoğanın "İsrail dölü" sözünü dəqiqləşdirsəm..."
17-05-2014, 17:30
Oxunub: 4 390
Türkiyənin Manisa əyalətinin Soma kəndində kömür mədənində baş vermiş partlayışdan sonra qardaş ölkənin siyasi gündəmi daha da qaynarlaşıb.
Faciədən sonra əraziyə gedən Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan orada əhalinin etirazı ilə qarşılaşmışdı. “Baş bakan, istefa!” şüarları ilə qarşılaşan Ərdoğan bu olaydan ciddi şəkildə qəzəblənmişdi.
Olay zamanı etirazçıların qəzəbindən qurtulmaq üçün yaxınlıqdakı marketlərin birinə sığınan Ərdoğan orada bir nəfəri yumruqla vuraraq onun ünvanına təhqiramiz ifadələr səsləndirib.
Türkiyənin baş nazirinin həmin etirazçıya işlətdiyi “hara qaçırsan ulan, İsrail dölü” ifadəsi isə Türkiyədə hazırda ən çox müzakirə olunan mövzulardandır. Ərdoğan ona qarşı çıxan, onun iqtidarına müxalifətdə olanları İsrail agenti adlandırır. O, ötən ilin yayında “Gəzi parkı” olaylarının da məhz İsrail xüsusi-xidmət orqanları tərəfindən təşkil edildiyini açıq şəkildə bildirmişdi.
Musavat.com Azərbaycan parlamentinin yəhudi əsilli deputatı Yevda Abramovdan Ərdoğanın bu ifadəsinə münasibət öyrənib. Deputat deyib ki, Türkiyədə baş verənləri televiziyadan izləyib: “Amma real olaraq, işlədilən söyüşü görə bilmədim. Türkiyə kanallarında bu xəbər verilib. Şəxsən mən bu söyüşü baş nazirin ağzından eşitməmişəm. Eşitmədiyim bir məlumat haqqında danışmağı bacarmaram. Televiziya ekranlarında bu məlumat konkret göstərilməyib”.
“Ərdoğanın bu ifadəni işlətdiyini dəqiqləşdirsəniz hansı reaksiyanı bildirərsiniz” sualına yəhudi deputat bu cür cavab verib: “Qoy dəqiqləşsin, sonra bu haqda danışarıq. Dəqiq bilmədiyim, eşitmədiyim bir ifadəyə görə heç nə deyə bilmərəm.”
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər