BolgeXeber.Com » Gündəm » Tabor komandiri nalayiq söz üstündə öldürülübmüş

Tabor komandiri nalayiq söz üstündə öldürülübmüş

17-05-2014, 17:40
Oxunub: 3 952 Cəbhə bölgəsində yerləşən hərbi hissələrin birində çavuşun tabor komandirini qətlə yetirdiyi silahlı insidentin təfərrüatları məlum olub

Aktual.az saytının əldə etdiyi məlumata görə, Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissələrin birində müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu İlkin Məhərrəmovun tabor komandiri, mayor Emil Əsgərlini qətlə yetirməsinə tərəflər arasında yaranan insident səbəb olub.
Məlumatda bildirilir ki, hərbi hissənin rəhbərliyinin toplanışında tabor komandiri Emil Əsgərlinin Ilkin Məhərrəmov barəsində işlətdiyi ifadə müddətdən artıq xidmət edən hərbi qulluqçunun xoşuna gəlməyib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb və nəticədə İlkin Məhərrəmov tabeçiliyindəki silahla tabor komandirini qətlə yetirib.