BolgeXeber.Com » Gündəm » Nərimanov rayonunda yanğın baş verdi

Nərimanov rayonunda yanğın baş verdi

17-05-2014, 22:50
Oxunub: 3 741 Bakıda bu gün axşam saatlarında yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinden (FHN) verilen xəbərə görə, yanğın Nərimanov rayonunda ümumi sahəsi 500 kv.m olan talvarda baş verib.

Nəticədə, talvarın yanar konstruksiyaları, talvarın altına yığılmış karton və plasmasdan ibarət şpullar 200 kv.m sahədə yanıb. Talvarın qalan hissəsi və yaxınlıqda olan digər tikililər yanğından mühafizə olunub. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.