Ziya Məmmədovun şirkəti sıradan çıxarılır
18-05-2014, 10:15
Oxunub: 3 980
Artıq bu ehtimallar təsdiqini tapır.
Bakıda 2015-ci ildə keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Fransanın “CNH Industrial” brendi olan “Iveco Bus” şirkəti tərəfindən Bakıya “Crealis” markalı 151 ədəd yeni avtobus gətiriləcək. Bolgexeber.com-un “Iveco bus” şirkətinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla bağlı Bakı şəhər Icra Hakimiyyəti ilə “Iveco Frans” şirkəti arasında dəyəri 50 mln. avro təşkil edən müqavilə imzalanıb.
Bütün avtobuslar Fransanın Annone şəhərində “Iveco Bus” fabrikində hazırlanacaq və Burbon-Lansi şəhərində istehsal edilmiş “Iveco Cursor 8 CNG” mühərriki ilə təchiz ediləcək.
Qeyd edək ki, bir müddət əvvəl Nazirlər Kabinetinin qərarı ilə Bakı Şəhər Icra Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən payları dövlətə məxsus “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılması qərara alınıb. Bu paytaxtda sərnişindaşıma sahəsinin Nəqliyyat Nazirliyindən alınaraq meriyaya verilməsi və Ziya Məmmədova məxsus “Transqeyt” şirkətinin artıq sıradan çıxarılması kimi qiymətləndirildi. Artıq bu ehtimallar təsdiqini tapır. “Iveco Bus” şirkətilə məhz Bakı Şəhər Icra Hakimiyyəti arasında müqavilə imzalanması artıq “Transqeyt” şirkətinin paytaxtın sərnişindaşıma sahəsində əsas söz sahibi olmadığı və ofsayd vəziyyətə salındığını göstərir.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər