Suriyadan olan erməni qaçqınlar Laçında yerləşdirilir - VİDEO
18-05-2014, 12:50
Oxunub: 4 545
Ermənistan hökuməti işğalçılıq siyasətinin tərkib hissəsi olan saxta məskunlaşdırma siyasətini aparır. Laçın şəhərində yerləşdirilən sakinlər Suriyadan gələn qaçqınlardır.
Paradoksa baxın ki, ermənilər də hər il mayın 18-ni Laçının əsarətdən azad olunması günü kimi qeyd edirlər. Saxta tarix, elə saxta da bayram təmtərağı ilə müşayiət olunur. 1994-cü ildən bu yana minlərlə erməni yaşamaq üçün məhz bu rayona göndərilib. İndi də Suriyadan olan erməni qaçqınlar Laçında yerləşdirilir. Babacanyan ailəsi də o cür ailələrdən biridir. Onlar burda çətin şəraitdə yaşadıqlarından gileylənirlər.
Maraqlıdır ki, 1994-cü ildə yaşamaq üçün Laçına gələn qadınlardan biri də, eyni şeydən gileylənir. Onun sözlərinə görə, onları bura köçürəndə Laçında kommunal problemlərin olmadığını bildirmişdilər. Amma illərdir ki, onlar çətin şəraitdə yaşayır, adi suyu belə tapa bilmirlər. O səbəbdən də Laçında yaşamaq istəyən könüllülər ən yaxşı halda Suriyadan gələn qaçqınlardır. Hətta, Ermənistan hökuməti şəhərdən bura pulsuz avtobus reysləri də təşkil etməklə, Laçında məskunlaşmağa diqqəti artırmaq istəyir. Bu gün Laçında, birində 150, digərində isə 120 şagirdin təhsil aldığı iki məktəb var. O məktəblərin şagirdləri üçün Laçın bütün çətin yaşayış imkanlarına rəğmən doğma yurd yeridir. Çünki, gözlərini burda dünyaya açıblar. Laçınlı ola-ola Laçınsız dünyaya göz açan bizimkilərdən fərqli olaraq.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər