Tağı Əhmədovun mal-mülkünə əl qoyulacaq
18-05-2014, 12:50
Oxunub: 4 418
Tağı Əhmədovun min “ölü can“ı üzə çıxdı. Metropolitenin keçmiş rəisi Tağı Əhmədovun qara günləri başlamaq üzrədir.
Bir neçə gün əvvəl metropolitenin yeni rəisi geniş müşavirə keçirib və orada maraqlı açıqlamalar verib. Məlum olub ki, Tağı Əhmədovun rəhbərlik etdiyi dövrdə metropolitendə 1000 nəfərə qədər “ölü can” saxlanılıb və onların hamısının adına maaş yazılırmış. Məlum olub ki, bu “ölü can”ların arasında sözün həqiqi mənasında rəhmətə gedən adamlar da olub. Daha bir maraqlı fakt ondan ibarətdir ki, Tağı Əhmədovun birinci müavini vəzifəsini onun qaynı, müavini vəzifəsini isə bacısı oğlu idarə edib.
Metropoliten sistemində Tağı Əhmədovun qohumlarının həddi-hüdudu isə yoxdur və bu sistem onun ailə biznesinə çevrilibmiş.Məlumatı verən qaynaq "Azadlıq" qəzetinə bildirib ki, indi Tağı Əhmədov barəsində cinayət işi qaldırılmır, hələlik, onun əmlakının siyahısı tutulur. Əgər ondan tələb olunanları könüllü təqdim edəcəksə, yəqin ki, heç bir cinayət işi də olmayacaq. Böyük ehtimalla, Tağı Əhmədov Metropoliten rəisi təyin edildiyi günə qədərki əmlakla başbaşa buraxılacaq, yerdə qalan bütün mal və mülkün isə üzərinə əl qoyulacaq.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər