Məşhur şirkətə 4 milyon manat ziyan vuruldu
18-05-2014, 13:10
Oxunub: 3 673
Seymur Musayev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və israf etməkdə təqsirli bilinən "Atropatena" Qapalı Səhmdar Cəmiyyətinin sabiq mühasibi Seymur Musayev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-ya istinadən məlumat verir ki, prosesdə hökm oxunub. Hökmə əsasən, S. Musayev 12 il 6 ay, Nuqzar Ömərov 10 il, Orxan İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər isə şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıblar.
İttihama görə, "Atropatena" şirkətinin audit şöbəsinin mühasibi Seymur Musayev şirkətin satış nümayəndələri Emil Əfəndiyev, Orxan İbrahimov, Nuqzar Ömərov, Ruslan Vəliyev, Natiq Yusifov, Ramil Feyziyev, Müşfiq Əzməmmədov, Zamiq Rüstəmov və Həsən Gülverdiyevlə cinayət əlaqəsinə giriblər. Onlar şirkətə məxsus 4 milyon manatdan artıq dəyərində pulu mənimsəyiblər.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər