Mayın 18-də 20 avtomobil qəzası qeydə alınıb
19-05-2014, 09:35
Oxunub: 5 264
Son sutka ərzində Azərbaycan yollarında baş vermiş avtomobil qəzalarında 8 nəfər həlak olub. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, gün ərzində ümumilikdə 20 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə həlak olan 8 nəfərdən başqa 26 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ən ağır hadisələr Bakıda qeydə alınıb. Qaradağ rayonu ərazisində, Bakı-Ələt magistralında "Mercedes" markalı minik avtomobili gənc qadını və 8 aylıq körpəsini vurub. Ana və balası hadisə yerindəcə keçinib. Sabunçu rayonunda, Maştağa-Zabrat yolunda iki minik avtomobilinin toqquşması 2 nəfərin ölümünə, daha 4 nəfərin isə ağır yaralanmasına səbəb olub. Bundan başqa Lənkəranda xəstəxanaya tələsən ailənin "UAZ"ı dağdan aşıb. 1 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
Ölümlə nəticələnən digər qəzalar Abşeron, Goranboy və Bakının Xəzər rayonunda qeydə alınıb.
Hər bir hadisə ilə bağlı araşdırmalar aparılır.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər