BolgeXeber.Com » Gündəm » Bank müdiri barəsində cinayət işi başlanıb

Bank müdiri barəsində cinayət işi başlanıb

19-05-2014, 13:30
Oxunub: 4 387 Sənədlərin məzmununa bilə-bilə yalan məlumatlar əlavə edilib

“Royalbank” Açıq Səhmdar Cəmiyyətinin filial rəhbərinin qanun pozuntularına yol verməsi barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.Bolgexeber.com-a Baş Prokurorluqdan verilən məlumata görə, araşdırmalarla cəmiyyətin 5 saylı filialının müdiri Natiq Bayramovun qulluq mövqeyindən istifadə etməklə bankda depozit hesabına yerləşdirmək adı altında Bakı şəhər sakinindən aldığı 120 min manat məbləğində pul vəsaitini rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatlar əlavə edərək aldatma yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Bolgexeber.com