OO seriyalı nömrələr satışda: ilk nömrəni
19-05-2014, 22:45
Oxunub: 4 689
Avtomobəllər üçün dövlət nömrə nişanının seriya və rəqəmlərinin fərqli kombinasiyaları ilə maraqlanan sürücülər üçün xəbərimiz var.
Avtosfer.az saytının verdiyi məlumata görə, Dövlət Yol Polisi (DYP) bu yaxınlarda OO seriyalı nömrə nişanlarının satışına başlayıb. Amma bu nömrəni hər adam ala bilmir.
Mayın 17-də Bakıda Parlament prospektində «Mercedes» markalı minik avtomobilinin fotoları çəkilib. Fotolardan da göründüyü kimi, həmin avtomobilin üzərindəki nömrə OO seriyası ilədir. 10 OO 004 dövlət nömrə nişanlı avtomobilin nömrəsi ətrafdakıları da təəccübləndirib. Çünki bu seriya ilə nömrələrin satışı indiyədək həyata keçirilmirdi.
Lakin hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, OO seriyası ilə ilk dövlət nömrə nişanı tanınmış iş adamı, «Baglan Group» şirkətinin prezidenti Hafiz Məmmədovun oğluna verilibmiş. «Hafka» ləqəbi ilə tanınan iş adamının oğlu Kənan Məmmədov adətən sonu 010-la bitən nömrəsi olan bahalı avtomobillər idarə edir. Bir neçə gün öncə ona məxsus olan 10 LL 010 markalı «Maseratti» markalı avtomobil Rəşid Behbudov küçəsində alışıb yandı. Avtomobilin dəyərinin 200 min manatdan artıq olduğu bildirilir. Məlumata görə, avtomobil tam yararsız hala düşüb və onun sığortası olmayıb. Kənan Məmmədovun OO seriyalı nömrəni hansı avtomobilə vurduğu açıqlanmır.
Qeyd edək ki, son vaxtlar Azərbaycanda 90 və 99-la nömrələr satılır. Lakin nömrə həvəskarları daha çox 10-la başlayan nömrələri əldə etməyə çalışırlar. Bununla əlaqədar olaraq, Dövlət Yol Polisi son vaxtlar PP, YY və nəhayət, OO seriyası ilə olan və 10-la başlayan nömrələrin satışına başlayıb. Bunun ardınca isə Q hərfi ilə başlayan və 10-la olan nömrələrin satışa çıxarılacağı gözlənilir.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər