Sağlamlığımıza ziyan vuran internet
21-05-2014, 21:15
Oxunub: 6 668
Daim internet istifadəçiləri həyatlarını onsuz təsəvvür edə bilmir.
İnternet vasitəsi ilə biz istədiyimiz hər bir məlumatı yerindəcə ala bilirik. İnternet kimisi üçün informasiya mənbəyi, ünsiyyət, dostlar tapma, digəri üçün isə pul qazanmaq vasitəsidir. Lakin internetdən istifadə internet asılılığı deyilən bir ziyanlı vərdiş yaradır. Araşdırmalar nəticəsində məlum olub ki, hər 10 internet istifadəçisindən biri ondan asılı vəziyyətə gəlir.
İnternetdən asılılığı müəyyən etməyin yolları
Araşdırmalar nəticəsində internetdən asılılığın əlamətləri məlum olub. Məlum olub ki, internet istifadəsini dayandırdıqdan sonra narahatlıq hissinin yaranması, köməksizlik və depressiya zamanı problemlərdən qurtulma vasitəsinə çevirilməsi, ailə üzvlərindən və tanışlarından internetdən istifadə müddətini gizlətmə, real əlaqələrin internetdə vaxt keçirmək üçün məhdudlaşdırılması artıq sizin internet aludəçisi olduğunuza bir başa sübutdur.
İntiharla nəticələnən virtual tanışlıqlar
İnternet asılılığı vaxt itkisi ilə yanaşı insanları real həyatdan uzaqlaşdıraraq ətraf aləmlə ünsiyyətinə məhdudiyyət yaratması ilə uzun illərdir gündəmdədir. Gənc nəslin informasiya mənbəyi olan sosial şəbəkədən düzgün yararlanmaması, yalnız tanışlıq “çatları”na üstülük verməsi onları özləri də bilmədən internetin əsirinə çevirir. Gənclərin qeyri-ciddi olan virtual tanışlıqların əsirinə çevirilməsi bir çox hallarda onların intihara cəhdi ilə nəticələnir. Buna misal olaraq 2012-ci ilin oktyabrında İngiltərənin paytaxtı olan Londonda 15 yaşlı qızın özünü qatar stansiyasında intihar etməsini gətirmək olar. Məlum olub ki, gerçək həyatda bir dənə belə yoldaşı olmayan balerina Tallulah Vilsonun internet vasitəsi ilə tanış olub, ondan asılı hala gəldiyi şəxslə real həyatda heç bir bağlılığın olmaması səbəb olub.
İnternet asılılığı bizi sağlam, real ünsiyyətdən, iş və digər öhdəliklərdən bizi uzaqlaşdırır
Psixoterapiya Mərkəzinin psixoloqu Təhminə Çələbi internetdən asılığın tək böyüklər arasında deyil artıq uşaqlar arasında da geniş yayıldığını qeyd etdi: "Zaman keçdikcə internetdən istifadə yaşı da get-gedə kiçilir, öncələri uşaqların internetdən sərbəst 10-15 yaş arası idisə 3 yaşında bir uşaq olduqca asanlıqla oturub internet qarşısında istədiyi cizgi filmini izləyə bilir. Artıq internetin həyatımızın ayrılmaz bir hissəsinə çevrilməsi danılmaz bir faktdır. Burada xüsusi ilə müxtəlif növ sosial şəbəkələrini qeyd etmək olar. Əlbətdə daimi dostların əhatəsində o, onlarla sevincini, kədərini, hiss etdiklərini paylaşmaq, dəstək almaq çox gözəldir əlbətdəki amma unutmaq olmaz ki, bu insanlar arasında çox böyük ünsiyyət problemi yaradır".
Psixoloq ziyanlı vərdişlər sırasına daxil olan internet asılılığını aradan qaldırmaq üçün isə sosial şəbəkənin istifadəsinə zamanla məhdudiyyət qoymağı məsləhət gördü: " İnsanlar artıq bir növ virtual həyatda yaşayır hətta bəzən öz real həyatlarını tamamən unudanlarda olur. Belə hallar baş verməsin deyə bir növ rejimdən istifadə edərək özünüzə vaxt məhdudiyyəti qoyaraq qədərində lazımi qədər sosial şəbəkələrdən, internetdən istifadə etsək həm dəyərli məlumatlar əldə etmiş oluruq həm də beynimizi əlavə lazımsız informasiyalardan qorumuş olarıq".
Səbinə Saminqızı
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər