“Riyad-Farm” istehlakçıların hüquqlarını pozur
22-05-2014, 10:40
Oxunub: 6 858
"Satıcı əməkdaşımızı inandırmağa çalışıb ki, hər iki dərmanın tərkibi eynidir, hətta roleks spazmaqoldan daha keyfiyyətlidir"
“Riyad-Farm” MMC Azərbaycan Respublikasının əczaçılıq bazarında ən qabaqcıl distribütorlardandır. “Riyad-Farm” dünyanın aparıcı beynəlxalq əczaçı şirkətləri ilə bağladığı birbaşa müqavilələr əsasında dərman vasitələrini Azərbaycan bazarına gətirən ən böyük idxalçılardan biridir. Amma son vaxtlar bu şirkətin fəaliyyətində çox ciddi nöqsanlar hiss olunur.
Əməkdaşımız bu gün şirkətin apteklərnin birində heç bir ölçüyə sığmayan biabırçılıqla üzləşib.Belə ki, Fətəli Xan Xoyski küçəsində yerləşən “Riyad-Farm” şirkətinə məxsus “Şəfa” Aptekindən spazmalqon dərmanı almaq istəyən əməkdaşımıza roleks dərmanı almağı təkid ediblər.

Ən pisi odir ki, satıcı əməkdaşımızı inandırmağa çalışıb ki, hər iki dərmanın tərkibi eynidir, hətta roleks spazmaqoldan daha keyfiyyətlidir.
Əməkdaşımız konkret olaraq spazmalqon dərmanı almaq istədiyini bildirəndə satıcı Aygün İbrahimova təkidlə roleksin göstəricilərinin üstünlüyü ilə bağlı “mühazirə” oxumağa başlayıb.
Baş verənlər əməkdaşımızı müəyyən araşdırma aparmağa məcbur edib. Bəlli olub ki, “Riyad-Farm” şirkəti roleks dərmanının monopolisti və hətta xaricdə istehsalçısı olduğu üçün, öz şəbəkəsində olan apteklərə tapşırıq verib ki, spazmalqonun əvəzinə tez bir zamanda roleksi dərman bazarlarına salmaq lazımdır. Bu bizim əməkdaşın təkcə rolekslə bağlı araşdırdığı məsələdir. Görün “Riyad-Farm” şirkətinin monopoliyasında və istehsalında neçə cür dərmanın adı var ki, həmin dərmanların “təbliği və təşviqi” Aygün İbrahimova kimi satıcılara həvalə olunub.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Qafqaz Xəbər Agentliyi ( qafqaznews.az )
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər