BolgeXeber.Com » Gündəm » Ziya Məmmədovun qardaşı oğlu DİN-də dindirildi

Ziya Məmmədovun qardaşı oğlu DİN-də dindirildi

22-05-2014, 11:05
Oxunub: 4 224 Rauf Arifoğlu hesab edir ki, jurnalistə sui-qəsdi məhz Ziya Məmmədovun qardaşı oğlu sifariş edib

Nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədov mayın 21-də səhər Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinə çağırılıb.Bolgexeber.com xəbər verir ki, bu məlumat virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən daxil olub. Xəbərə görə, DİN əməkdaşları Aynar Məmmədovu “Yeni Müsavat” qəzetinin müxbiri Fərahim İlqaroğluna hücum edilməsi məsələsi ilə bağlı dindirərərk sorğu-sual ediblər.
Qeyd edək ki, jurnalistin döyülməsində şübhəli bilinən idmançı Tural Bayramov artıq həbs edilib. Lakin qəzetinin baş redaktoru Rauf Arifoğlu hesab edir ki, jurnalistə sui-qəsdi məhz Ziya Məmmədovun qardaşı oğlu sifariş edib. Baş redaktor bunu daxili işlər naziri Ramil Usubovla görüşündə də bəyan etmişdi.
Onu da yada salaq ki, reportyor Fərahim İlqaroğlu aprelin 25-də naməlum şəxslərin hücumuna məruz qalıb. Jurnalist yaşadığı binanın blokundan çıxarkən vəhşicəsinə döyülmüşdü.
Bolgexeber.com