BolgeXeber.Com » Gündəm » 20 qəpiyə dəyməyən hörmət

20 qəpiyə dəyməyən hörmət

22-05-2014, 16:00
Oxunub: 4 761 -“Hanı az bu zəhrimara hara qoymuşdum...Hə tapdım,alo,aloooooo,aloooo ayə kimsən?

Boyyy az Zümrüd sənsən nədi az noluf,nəəəə zəng elefsən?alo az eşitmerem.Yanımdakı qadının biri də,təzəcə mürgüləyirdi ki,birdən bu səs-küyü eşidib,qorxu içində ayıldı:
- “Nolub avaryadı?”-deyirəm yox,narahat olmayın telefonla danışırlar.
- “Həəə zalımın qızı elə bil ağzına mikrafon qoyub,qoymaz burda 5dəqiqə gözümüzün acısını alaq”

Heç bilmədim avtobusda şahidi olduğum bu mənzərəyə gülüm yoxsa, ağlayım.Yəqin ki,heç bir ölkədə avtobusda bu dərəcədə qışqıra-qışqıra danışanlara rast gəlməzsiniz.Bu cür analoqu olmayan “ avtobus mədəniyyəti”yalnız və yalnız bizdə mövcüddür.Təəssüf edirəm ki,bizdə bu söz bu qədər deformasiyaya uğrayıb.

Amma adamın Allahı var, bizdə hansı mədəniyyət olmasa da “ söyüş mədəniyyəti” çox inkişaf edib.Təsəvvür edin bir avtobusa digər bir nəqliyyat vasitəsi gəlib mane olur,yolunu kəsir vəssalam söyüşün biri bir qəpikdən tut gəldi .Zalim balası həmin sürücünün bütün nəsil kökünü yada salir ,hamısını yad edir.Baxmır ki,yanında qız,qadın,qoca,cavan,uşaq var....Söyməklə əsəbini soyutmayan sürücü başlayır həmin maşının sürücüsünə jestlər gostərməyə...Hadisənin kuliminasiya cümləsi isə bu olur “kişiliyin çatırsa saxla maşını, duş aşağı”!

Təbii birdə avtobsularımızın vazkeçilməz basabası var,hansi ki,bütün dünyada məşhurdur.Avtobusa iynə atsan yerə düşməz,hələ sürücü ordan qışqırır orta boşdu,ortaya keçin və yaxud da məşhur cümlə “mehriban olun”. Gülməlidi vallah həyatda bir-birinə çox aqresiv davranan insanlara,avtobusda mehriban olmağı öyrədirlər.

Avtobusların ən özəl atributu olan qulaqcıq da bir ayrı dərddir.Gənclər yaxud da orta yaş nümayəndələri qulaqcıq taxıb,gozlərini yumurlar,guya yatıblar...Başa düşmürəm bir insanın qulağında musiqi çala-çala o insan necə yata bilər?...Xeyr əsla mən musiqi dinləməyin əleyhinə deyiləm ancaq qulaqcığı ona görə kəşf ediblər ki,başqalarına mane olmadan musiqini dinləyə biləsən.Bizdə isə qulaqcığı taxdı,taxmadı xeyri yoxdur. Qəribəsi də odur ki, bu musiqinin səsi hər kəsi narahat etsə də, qulaqcıq taxanlar ətrafa verdikləri narahatlığı nəzərə almırlar.Musiqiyə o qədər səs verilər ki, bir anlıq avtobusda olduğunu unudub,hansısa mağar toyunda özünü təsəvvür edirsən. Həzin bir musiqiyə qulaq assa dərd yarı ya “can-can”-a ya da “ləzginka”,indi gəl gör bu səs-küyə dayana bilirsən ya yox...Bəli bizdə Avtobus mədəniyyəti deyərkən ilk ağıla gələn bunlar olur: “basabas,yüksək musiqi,söyüş,qışqıraraq telefonla danışmaq və s...”

Avtobusda ödəniş haqqı çox deyil,cəmi 20 qəpikdir.Amma avtobusların içindəki mədəniyyət 20 qəpiyə də dəymir.

Belə bir deyim var ki, mədəniyyət yoldan başlayır.Yoldan başlanan mədəniyyətin yollarda bitməsini heç arzulamazdım!
Aytən Yaşar