BolgeXeber.Com » Gündəm » Nazim Məcidovun Milli Parkdakı “beretka”lıları…

Nazim Məcidovun Milli Parkdakı “beretka”lıları…

23-05-2014, 09:25
Oxunub: 2 995 Tualetə “girib-çıxmağın” 40 qəpik, bir çaynik çayın 10-15 manat olması insanlarda haqlı giley-güzar yaradır

Paytaxtımızın ən maraqlı yerlərindən biri də bulvardır. Bura həm yerli sakinlərin, həm də əcnəbi qonaqların çox sevdiyi məkandır. 1998-ci ildən Milli Park statusu verilən bulvar son vaxtlar dünyanın ən müasir dənizkənarı parklarından birinə çevrilib.

Amma çox təəssüf ki, Milli Parka gələnlər burda “qiymətlərin ceyran belinə” qalxmasından həmişə gileylənirlər. Tualetə “girib-çıxmağın” 40 qəpik, bir çaynik çayın 10-15 manat olması insanlarda haqlı giley-güzar yaradır. Bunlar azmış kimi xidmət mədəniyyətinin aşağı olması da əlavə problem yaradır.

Qafqaz Xəbər Agentliyinin ( qafqaznews.az ) əməkdaşı iki gün öncə Milli Parkda belə bir problemlə qarşılaşıb. Əməkdaşımız avtomobilini Bayraq Meydanının yaxınlığındakı dayanacaqda saxlayaraq kafelərin birində olub. Bir az gəzintidən sonra geri qayıdan əməkdaşımızdan 2 manat tələb edən və əvəzində talon verməyən “hərbi kamuflyaj”lı yekəpər özünü çox kobud aparıb. Bu “kamuflyaj”lı, “beretka”lı şəxsin davranışı ətrafda istirahət edənlərdə xof yaradırdı.

Əməkaşımızın apardığı araşdırma zamanı məlum olub ki, bulvardakı bütün işlərə, o cümlədən təhlükəsizlik xidmətinə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov rəhbərlik edir. Əslən Cəlilabaddan olan Nazim Məcidov Cəlilabadda nə qədər işsiz-gücsüz adam varsa gətirib bulvarda xidmət işlərinə cəlb edib. Amma Nazim Məcidov unudur ki, sivil dünyada xidmət mədəniyyəti deyilən bir anlayış var...
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.