Rauf Mirqədirovun atasının evində axtarış aparıldı
23-05-2014, 11:55
Oxunub: 4 194
“Ayna-Zerkalo” qəzetinin həbs edilən əməkdaşı Rauf Mirqədirovun atası Həbibulla Mirqədirovun Yasamal rayonu ərazisində, "Üç tac" yaşayış kompleksinin yaxınlığında yerləşən evində axtarış aparılıb. Bu barədə məlumatı jurnalistin bacısı verib.
Onun sözlərinə görə, Rauf Mirqədirov 4 ildən çoxdur ki, o evdə yaşamır. Axtarışı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi və üç əməliyyatçı aparıb. Axtarışa iki hal şahidi də cəlb edilib. Proses cəmi 10 dəqiqə davam edib və evdən istintaq üçün əhəmiyyət kəsb edən heç nə tapılmayıb. Prokurorluq əməkdaşları artıq evi tərk ediblər.
Xatırladaq ki, Türkiyədən Azərbaycana deportasiya olunan Rauf Mirqədirova qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Nəsimi rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Rauf Mirqədirov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər