BolgeXeber.Com » Gündəm » Mühafizə polisində kadr dəyişklikləri edilir

Mühafizə polisində kadr dəyişklikləri edilir

23-05-2014, 12:00
Oxunub: 4 678 Daxili işlər orqanlarında bir neçə rayonun mühafizə polisinin rəisi vəzifələrində dəyişikliklər baş verib. Bu barədə hüquq-mühafizə orqanlarındakı bilgili qaynaqlar informasiya ötürüb.

Xəbəri verən mənbə bildirir ki, Daxili İşlər Naziri Ramil Usubovun əmri ilə Şəki Mühafizə Polisinin rəisi Salyana, Salyan Mühafizə polisinin rəisi Şamaxıya, Şamaxı Mühafizə Polisinin rəisi Göyçaya, Göyçay Mühafizə Polisinin rəisi isə müvafiq olaraq Ağdaş rayon Mühafizə Polisinin rəisi vəzifəsinə təyin olunublar.

Verilən məlumatda qeyd olunur ki, Şəki Mühafizə Polisinin rəisi vəzifəsinə Şəki İTB-nin rəisi təyin edilib. Ağdaş Mühafizə Polisinin rəisi isə Qəbələ rayon Mühafizə Polisinin rəisi postuna gətirilib.

Həmçinin o da bildirilir ki, Göyçaya təyinat alan şəxs - Faiq Osmanlı son günlər nurçuluqda ittiham olunan deputat Ceyhun Osmanlının qardaşıdır.