BolgeXeber.Com » Gündəm » “Rixos”un sahibi Rövnəq Abdullayevlə ortaqlıqdan ayrıldı

“Rixos”un sahibi Rövnəq Abdullayevlə ortaqlıqdan ayrıldı

23-05-2014, 12:15
Oxunub: 2 560 "Sövdələşmənin dəyəri haqda açıqlama verməyəcəm"

Keçən ilin aprelində sahibi olduğu “Star” media qrupunun 50 faizini SOCAR Media İctimai Birliyinə satan türkiyəli iş adamı Fəttah Tamince yeni qərar alıb.

O, şirkətin digər hissələrini də Ethem Sancak adlı həmyerlisinə sataraq bu sahədən uzaqlaşıb.

“The Wall Street Journal”a danışan Tamince deyib ki, media sektoru məsuliyyət tələb edir:

“İşə çox vaxt ayırmaq və xüsusi hazırlaşmaq lazımdır. Uzun müddət bu sahəyə geri dönməyi düşünmürəm. Sövdələşmənin dəyəri haqda açıqlama verməyəcəm. Satışdan əldə edəcəyim gəlirlə Türkiyə və xaricdə daşınmaz əmlak sahəsinə sərmayə yatıracağam”.

Qeyd edək ki, F.Tamince həmçinin qardaş ölkədəki “Rixos” otellərinin rəhbəridir.