BolgeXeber.Com » Gündəm » Rusiya Azərbaycana 100 ədəd Т-90С tankı göndərib

Rusiya Azərbaycana 100 ədəd Т-90С tankı göndərib

23-05-2014, 12:15
Oxunub: 3 406 Rusiya Azərbaycana 100 ədəd Т-90С tankının göndərilməsini başa çatdırıb. Bakıya tankların bu həcmdə ikinci partiyasının çatdırılması da mümkündür. Verilən məlumata görə, bu barədə İTAR-TASS-a "Kadeks-2014" sərgisi zamanı Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Xidməti direktorunun müavini Konstantin Biryulin bildirib.

O deyib: "Bütün partiyanın - 100 tankın göndərilməsi bir ay əvvəl başa çatıb".

K.Biryulin əlavə edib ki, başa çatmış müqavilədə təxminən eyni sayda Т-90С tankının Azərbaycana göndərilməsi barədə opsion mövcuddur: "Lakin ikinci hissə üzrə hələlik müqavilə bağlanmayıb".